Deputatlarımız AŞPA-nın tədbirində iştirak edəcəklər

Xorvatiyanın Dubrovnik şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  tədbirdə Albaniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Azərbaycanda və Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək AŞPA nümayəndə heyətlərinin tərkiblərinin müəyyənləşdirilməsi, İordaniya Krallığının demokratiya üzrə tərəfdaş statusu əldə etməsi üçün AŞPA-ya müraciətinin müzakirəsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 3-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00