Deputatlarımız AŞPA-nın komitə iclasına qatılacaqlar

Milli Məclisin Mədəniyyət  komitəsinin sədr müavini Rafael Hüseynov, deputatlardan Sabir  Hacıyev və Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi  işlər və insan haqları komitələrinin iclaslarında  iştirak etmək üçün  sentyabrın  3-dən 6-dək Fransada  səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantılarda Avropada neofaşizm təzahürlərinə qarşı mübarizə, Fələstin Milli Şurasının fəaliyyəti, Misir və Tunisdə  siyasi  keçid  dövrünün  problemləri, insan haqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsi məsələləri  müzakirə  ediləcək.
Deputatlarımız komitə iclaslarında müzakirə edilən  məsələlərə öz  münasibətlərini bildirəcəklər. 
                                       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00