“Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalasıdır”
QHT Əməkdaşlıq Alyansı bu mövzuda forum keçirəcək
2 Sentyabr 2013 14:38 SiyasətQeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı "Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalasıdır"mövzusunda forum keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Alyansdan daxil olub. Bildirilib ki, oktyabrın 3-də baş tutacaq forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçiriləcək. Forum regionlarda prezident seçkisinin monitorinqi layihəsi çərçivəsində Qubada olacaq. Forumda QHT Əməkdaşlıq Alyansı rəhbərliyi , millət vəkilləri, Quba -Xaçmaz zonasında fəaliyyət göstərən QHT rəhbərləri, mətbuat və ictimaiyyətin fəal nümayəndələri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00