Namizədlər arasında söz savaşı başladı
İlqar Altay: “Real liderinin Etibar Məmmədovun qucağından Qərbin, oradan da hökumətin qucağına atılması yolunun "uğuruna" xidmət etdiyini görmək çətin deyil”
2 Sentyabr 2013 12:56 SiyasətSeçki prosesi sürətləndikcə prezidentliyə namizədlər arasında gərginlik getdikcə artır. Bu dəfəki gərginlik və söz savaşı prezidentliyə namizədlər "Real" Hərəkatının lideri İlqar Məmmədovla İctimai Tədqiqatlar Mərkəzinin direktoru İlqar Altay arasında özünü büruzə verib. "OLAYLAR"-ın xəbərinə görə, İlqar Altay "Real" Hərəkatı üzvləri və liderinə onu oyunlara çəkməməyi tövsiyyə edib: "Realın apardığı bu həyasız, qarayaxmalı "seçki" və "dublikat" kompaniyasının, onun liderinin Etibar Məmmədovun qucagindan Qərbin, oradan da hökumətin qucağına atılması yolunun "uğuruna" xidmət etdiyini görmək çətin deyil. Milli Məclisdəki 125 deputatı bir sıraya qoyub heyvan adlandıran "tərbiyəli" demokrat - siyasi xadimin, onun xaricdən qidalanma hesabına yaratdığı hərəkatın bizim gəncliyə nə verə biləcəyini proqnoz etmək çətin deyil. Dəfələrlə bu realçılara və onların liderinə xəbərdar etdim ki, boş yerdən məni bu konfliktə qatmasınlar". İlqar Altay daha sonra qeyd edib ki, Ilqar Məmmədovun namizədliyi qeydə alınsa da, lakin realçılar imza toplaya bilmirlər: "Azərbaycanda çox siyasi qurum, olub, amma Real kimi mənasız və boş təşkilat görməmişəm".