“OLAYLAR”-ın xəbəri təsdiqini tapdı
ACP-yə alternativ partiya yaradılır
2 Sentyabr 2013 12:55 SiyasətAçıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin yeni bir partiya yaratması istiqamətinə hərəkətə keçdiyi barədə bir müddət əvvəl "OLAYLAR" İnformasiya Agentliyinin yaydığı məlumat təsdiqini tapıb. Xəbərə görə, yeni partiya quruculuğu ACP-nin sədr müavini Kəramət Salayevin rəhbərliyi altında həyata keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, ACP-nin Lənkəran rayon təşkilatının sədri Eldəniz Hüseynov bu barədə facebook səhifəsində qeyd edib. Bildirilir ki, partiyanın sədr müavini Kəramət Salayev Azərbaycanda yeni siyasi partiya quruculuğuna başlanıldığı haqda məlumat yayıb. Məlumatda qeyd edilib ki, Doğru Yol Partiyasının yaradılması üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşıb Başqa bir xəbərə görə, isə yeni partiya quruculuğu birbaşa hazırkı ACP sədri Sülhəddin Əkbərin rəhbərliyi altında həyata keçirilir. Belə ki, ACP-nin siyasi fəaliyyətindən razı qalmayan Rəsul Quliyevin bu partiyaya olan maliyyə yardımını dayandırıb. Məhz bu səbəbdən Sülhəddin Əkbərin yeni partiya quruculuğuna başladığı söylənilir.