“Bu seçki Milli Şuranın iflası ilə nəticələnəcək”
Musa Qasımlı: “Milli Şuranın namizədinin tələb olunan imzanı toplayacağına inanmıram”
2 Sentyabr 2013 10:30 Siyasət"Milli Şura əslində anti-milli şuradır".
Milli.az-ın verdiyi xəbərə görə, bunu millət vəkili, professor Musa Qasımlı bildirib.
Millət vəkili Milli Şuranın namizədinin tələb olunan imzanı toplayacağına inanmadığını deyib: "Çünki o imzanı verəcək sosial baza mövcud deyil. Həmin sosial bazaya malik olan partiyalar 2003-cü ildən sonra böhrana düşdülər, indi isə iflasın içindədirlər. Partiyalar arasında ziddiyyətlər imzatoplama kampaniyasına mane olacaq. Əgər bu partiyalar lazım olan imzanı toplaya bilsələr belə, seçkidə o qədər səs toplayacaqlarına mən inanmıram".
O, hesab edir ki, Milli Şura ilə bağlı istifadə olunan "böhran" sözü yumşaq ifadədir: "Mən düşünürəm ki, bu seçki Milli Şuranın iflası ilə nəticələnəcək. 2003-cü ildən sonra Milli Şuraya daxil olan partiyalar böhrana düşdülər. Onların təşkilatları yerlərdə dağılmağa başladı. Bu seçki isə onların tamamilə iflasına gətirib çıxaracaq. Partiya üzvləri seçkilərdən sonra öz təşkilatlarından üz döndərəcəklər. İndi sosial bazası sıfıra yaxın olan bu partiyaların vəziyyətini düzəltmək mümkün olmayacaq".