"Dağlıq Qarabağa dair danışıqlara böyük siyasi impuls verilməlidir”
“Əsas məsələ Ermənistanın yalan illüziyalarının aradan qaldırılmasıdır”
30 Avqust 2013 17:41 Siyasət"Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların növbəti mərhələdə nəticə verməsi, qaçqın və məcburi köçkünlər probleminin həll olması üçün əsas məsələ Ermənistanın yalan illüziyalarının aradan qaldırılmasıdır".APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ASAİF-in IX Yay Forumunda çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Son zamanlar beynəlxalq birlik də bu yanaşmaya üstünlük verir. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlara böyük siyasi impuls verilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00