“Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
147 (böhtan) və 148-ci (təhqir) maddələr saxlanılacaq
30 Avqust 2013 17:13 SiyasətAzərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən "Diffamasiya haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib. Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılma ərəfəsindədir və müzakirələr yekunlaşmaq üzrədir. Qanunun qəbulu ilə bağlı mübahisəli məqam olan Cinayət Məcəlləsindəki 147 (böhtan) və 148-ci (təhqir) maddələr Avropa ölkələrinin təcrübəsi əsas götürülmək şərtilə çıxarılmayacaq, saxlanılacaq. Yəni bu maddələr tətbiq edici yox, çəkindirici gücə malik olacaq. Qanunla bağlı bütün yeniliklər və razılaşmalar isə parlamentdə müzakirələr zamanı açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00