"İlham Əliyevi dəstəklədiyim üçün Milli Şuraya qəbul edilməmişəm"
Əflan İbrahimov Eldar Namazovun onun barəsindəki fikirlərinə münasibət bildirib
30 Avqust 2013 14:46 Siyasət"İlham Əliyevi dəstəklədiyim üçün Milli Şuraya qəbul edilməmişəm". ANS PRESS-in məlumatına görə, bunu "El hərəkatı"-dan bəyanatla ayrılan Əflan İbrahimov yaratdığı yeni təşkilatın təqdimat mərasimində deyib. Ə.İbrahimov Eldar Namazovun onun təxribat hazırlaması barədə fikirlərinə münasibət bildirib. "Əgər mən təxribat hazırlasaydım iclas zamanı Eldar Namazov bunu deyərdi. İlham Əliyevi dəstəklədiyim üçün məni təşkilata qəbul etmədilər. Mənim təxribat hazırladığım barədə onun fikirləri yalandır. El hərəhatı İctimai Birliyinin yaradılması üçün qəbul edilən bəyanatda da bildirilir ki, hərəkatın məqsədi Azərbaycanın xoşbəxt və firəvan məmləkətə çevrilməsi üçün dövlət başçısına hər vasitə ilə dəstək olmaqdır".