Yeni "EL" İham Əliyevi dəstəkləyəcək
“El hərəkatı”dan bəyanatla ayrılan Əflan İbrahimov yeni təşkilatını təqdim edib
30 Avqust 2013 13:34 Siyasət"EL hərəkatı ictimai birliyinin qarşısında duran əsas məsələ prezident seçkisində İlham Əliyevi dəstəkləməkdir". ANS PRESS-in məlumatına görə, bu gün "El hərəkatı"-dan bəyanatla ayrılan Əflan İbrahimov yaratdığı yeni təşkilatın təqdimat mərasimini keçirilib. Ə.İbrahimov İlham Əliyevin 85 rayon 125 seçki dairəsində təbliğat təşviqat kompaniyasında aktiv sürətdə iştirak etmək olduğunu qeyd edib. "Mən Eldar Namazova,Əli Kərimliyə, Cəmil Həsənli kimilərə yox deyirəm. Mən İlham Əliyevi dəstəkləyirəm. İnanırıq ki, İlham Əliyev cənabları 9 oktyabr 2013-cü il seçkisində qalib gələcək. Mən Cəmil Həsənli kimi insanların arxasınca gedə bilmərəm. Mən nəslimlə gedib İlham Əliyevin namizədliyini dəstəkləyəcəm".