Elmar Məmmədyarov ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbərini qəbul edib
29 Avqust 2013 18:29 SiyasətAvqustun 29-da nazir Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilmişdir. Nazir Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını və ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirmişdir. Xanım Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat vermişdir.