“MQF Seçki Koalisiyası” ilk tədbirini Mingəçevir şəhərində keçirdi

29 avqust 2013-cü il tarixində Mİngəçevir şəhərində Politexnik İnstitutunun akt zalında "MQF Seçki Koalisiyası" tərəfindən seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı ilk tədbir keçirilmişdir.
Seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə koalisiyanın təmsilçiləri MQF -nin prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin rəhbəri Umud Mirzəyev, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov seçki münasibətləri, seçki hüququ, seçki qanunvericiliyi, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi və s. haqda məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışlar. Vətəndaşların suallarına cavab olaraq "MQF seçki koalisiyası"nın nümayəndələri son illər ərzində ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda güclü-qüdrətli dövlətə çevrilməsi, "Gələcəyə baxış" 2020 inkişaf konsepsiyası çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, regionlarda vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlaqədar olaraq son illərdə əldə olunan nailiyyətlər barədə Mingəçevir ictimaiyyətinə məlumat vermişlər. Sonda "MQF Seçki Koalisiyası" seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır. Tədbirdə 150 nəfər seçki fəalı iştirak etmişdir.
Qeyd edək ki, "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00