“Eldar Namazov siyasi dələduzdur”

"El" hərəkatının rəhbəri mətbuata verdiyi müsahibədə işlətdiyi bir ifadə ilə özünü yenidən hədəfə gətirib. Eldar Namazov "El"də baş verən son istefalara münasibət bildirərkən, "ay yarım əvvəl hakimiyyətə yaxn partiyalardan birinin sədrinin" onun həbs olunmasını tələb etdiyini bildirib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin bir müddət əvvəl bu mövzuda fikir bildirdiyini nəzərə alsaq, Eldar Namazovun məhz onu nəzərdə tutduğunu təxmin etmək olar. Məsələ ilə bağlı "OLAYLAR"-a açıqlama verən VİP sədrinin müavini Ramil Hüseynov deyib ki, Eldar Namazov yenə də bleflə məşğuldur: "Əvvəla, Əli bəy o açıqlamasında konkret suala cavab verərək bildirib ki, Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdiyi təsbit olunan şəxslər barəsində qəti ölçü götürülməlidir. Amma o zaman bəzi nəşrlər bu fikirləri kontekstdən çıxararaq, bunu Eldar Namazovun həbs olunmasına təşəbbüs kimi qiymətləndirmişdilər". VİP rəsmisi deyir ki, Eldar Namazovun indiki uğursuzluqları, Milli Şura çərçivəsindəki planlarının iflası, xüsusilə də sədri olduğu hərəkatın dağılmasını pərdələmək məqsədi ilə belə gedişlər etməsi təəccüblü deyil: "Təbiət etibarilə siyasi dələduz olan Eldar Namazovun karyerası məhz belə intriqalardan ibarətir. 2008-ci ildə yaxın çevrəsinə hakimiyyətin dəstəyi ilə seçkilərə gedib "İsa Qəmbəri darmadağın edəcəyini", buna görə ona beş milyon pul ayrılacağını deyən Eldar Namazov bu gün İsa Qəmbərlə eyni formatda təmsil olunur". Ramil Hüseynov bildirib ki, Azərbaycan müxalifətində hakimiyyətlə işbirliyində olanlardan söz düşəndə, ilk yada düşən elə Eldar Namazov olur: "Bu gün onun üçün təşkil olunan tribunalardan nə qədər sui istifadə etməyə çalışsa da, bu reallığı dəyişə bilməyəcək. Ona görə də danışmasa yaxşıdır. Seçki kampaniyasının bu qızğın çağında qiymətli vaxtımızı Eldar Namazov kimilərinə sərf etmək istəmirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00