Qəbələdə prezident seçkilərilə bağlı forum keçiriləcək

Qəbələdə "Azad və ədalətli seçkilər  demokratiyanın əsas qalasıdır" movzusunda forum keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansından daxil olub.  Bildirilib ki, avqustun 30-da keçiriləcək forumda Alyans rəhbərliyi, Şamaxı -İsmayıllı zonasında fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları, mətbuat və ictimaiyyətin fəal nümayəndələri iştirak edəcək. Alyansdan bildirilib ki, forum Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00