Litva prezidenti Macarıstan və Azərbaycandakı səfirlərinin geri çağrılması barədə qərar qəbul edib

Litva Prezidenti Dalya Qribauskayte ölkənin Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Litva prezidentinin rəsmi internet səhifəsində bildirilir.Qeyd edək ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.
Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00