XİN: Azərbaycan kimyəvi silah tətbiqinin əleyhinədir
28 Avqust 2013 19:12 SiyasətAzərbaycanın BMT yanında nümayəndəliyi Suriya məsələsini diqqətdə saxlayır və bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə mütəmadi məsləhətləşmələr keçirir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O, Azərbaycanı üçün hər hansı kimyəvi silah tətbiqinin qəbuledilməz olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00