Elmar Məmmədyarov Küveytin ölkəmizdəki səfiri Ğəssan Abdulbari əl-Zəvavini qəbul edib

Avqustun 28-də tarixində Xİ naziri Elmar Məmmədyarov Küveytin ölkəmizdəki səfiri Ğəssan Abdulbari əl-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Nazir Elmar Məmmədyarov iki dost ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və səfir Ğəssan Abdulbari əl-Zəvavinin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Nazir, həmçinin küveytli səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Səfir Ğəssan Abdulbari əl-Zəvavi ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə yaradılmış şəraitdən razılığını bildirmiş və ölkəmizdən yüksək təəssüratla ayrıldığını bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00