Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
28 Avqust 2013 18:01 SiyasətAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da prezidentliyə namizədliyi irəli sürülüb. Bu barədə məlumat "OLAYLAR"-a partiyanın mətbuat xidmətindən daxil olub. Bildirilir ki, məsələ avqustun 28-də ADP Ali Məclisində müzakirə edilib. Ali Məclis səs çoxluğu ilə partiyanın öz namizədi ilə seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib. Partiyanın namizədinin qeydə alınması ilə bağlı sənədlərin hazırlanıb MSK-ya təqdim edilməsi də iclasda qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00