Elmar Məmmədyarov Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Cari ilin 27 avqust tarixində nazir Elmar Məmmədyarov Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios Tsounqası qəbul etmişdir.  Nazir Elmar Məmmədyarov Dimitrios Tsounqası ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və Azərbaycan-Yunanıstan arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. Nazir yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulamış və Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulamışdır.  Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən səfir Dimitrios Tsounqas, ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Səfir, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulamışdır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00