İlham Əliyevə dəstək çağırışının mətni yayıldı
27 Avqust 2013 18:19 SiyasətAzərTAc Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Azərbaycan dindarlarına və xalqına müraciətinin tam mətnini yayıb. Müraciətdə deyilir: "Qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq. Qafqaz bizim ümumi evimizdir. Biz Azərbaycanda ictimai-siyasi və mənəvi həyatın bütün sahələrində bütövlükdə Qafqazın inkişafına müsbət təsir göstərən tərəqqinin davam etməsində maraqlıyıq. Bu seçim bizim hamımız üçün vacibdir!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00