Məmmədovun namizədliyi təsdiqləndi, İbrahimbəyova “yox” deyildi

Mərkəzi Seçki Komissiyası avqustun 27-də keçirilən iclasında REAL hərəkatının lideri, məhbus İlqar Məmmədovun və Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsi məsələsinə baxıb. MSK İlqar Məmmədovun namizədliyinə razılaşıb. Rüstəm İbrahimbəyovun namizədliyi təsdiqlənməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə 1163 gün Azərbaycanda yaşadığı əsas gətirilib.
Bu günədək prezident seçkisinə qatılmış 16 nəfərin namizədliyi rəsmiləşmişdi: İlham Əliyev (artıq qeydə alınıb), Əhməd Oruc, İlqar Altay, İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, İsmayıl Yusufov, Elşən Həsənov, Qüdrət İsaqov, İlyas İsmayılov."Media forum"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00