Elmar Məmmədyarov Belçikanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
27 Avqust 2013 17:41 SiyasətCari ilin 27 avqust tarixində nazir Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karin Peçiti qəbul etmişdir.
Nazir Elmar Məmmədyarov Karin Peçiti ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilmişdir. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etmişdir. Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Karin Peçit, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirmiş və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırmışdır.