“Rusiya Qərbin boyunduruğu altındadır”
Zərdüşt Əlizadə: “Moskva ABŞ-ın Suriyaya müdaxiləsini sadəcə izləyəcək”
27 Avqust 2013 16:11 Siyasət"Bu müdaxilə qısamüddətli, lakin olduqca sarsıdıcı və güclü olacaq". "Daily Mail" saytına açıqlama verən İngiltərənin xarici işlər naziri Uiliyam Heyq belə deyib. Nazir həmçinin Suriyaya qarşı əməliyyatın yaxın 48 saatda başlayacağını istisna eləməyib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, artıq siyasi qütblər aralarında Suriyaya hərbi müdaxilə planını razılaşdırıblar. Uilyam Heqin verdiyi açıqlama tamamilə məntiqlidir. Z.Əlizadə qeyd edib ki, NATO, ABŞ və Qərb imperializmi müsəlman şərqinə qarşı səlib yürüşünü davam etirəcəklər: "Həmin qüvvələr Suriyaya müdaxilə planlarını humanitar yardım, insan haqqlarının qorunması kimi faktorlarla təcrid edirlər. Məsələnin əsil mahiyyəti dünya ağalığına can atmaqdır. Həmin qüvvələr hansı ölkəni istəyirlərsə, şərləyib hücum edirlər. ABŞ-ın Suriyaya müdaxilə etməsi xalqın əmin-amanlığı, dövlətin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq hüququn aliliyi naminə yox, transmilli şirkətlərin əldə edəcəkləri mənfəətlər üçün olacaq". ABŞ-ın Suriyaya müdaxilə etməsindən sonra Rusiyanın tutacağı mövqeyə münasibət bildirən Z.Əlizadə bildirib ki, RF Qərbin boyunduruğu altındadır. Kremlin heç vaxt siyasi elitasının maddi maraqlarına zidd olan müstəqil şəkildə mövqe tuta bilmədiyini deyən politoloqun sözlərinə görə, Lavrov açıq şəkildə bildirdi ki, Suriyaya müdaxilə olacağı təqdirdə Rusiya buna qarşı heç bir reaksiya verməyəcək. ("OLAYLAR" İA)