Azərbaycanın 3 milyard dollarlıq silah planı Ermənistanı narahat etdi
27 Avqust 2013 13:45 SiyasətAzərbaycanın Cənubi Koreyadan 3 milyard dollar dəyərində silah almaq planı Ermənistanı narahat edib. Erməni mətbuatı yazır ki, iki dövlət arasında aparılan danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Azərbaycan ordusu növbəti dəfə balansına ən yeni hərbi texnikaları daxil edəcək: "Cənubi Koreyanın Azərbaycana pozitiv cavab verəcəyi inandırıcıdır. Çünki neft ölkəsi Azərbaycan Koreyaya ondan alacağı silah qarşılığında fantastik məbləğ təqdim edir". Mətbuat qeyd edir ki, Cənubi Koreyadan alınan silahlarla Azərbaycan ordusu öz gücünü bir az da artıracaq ki, bu da Ermənistanın təhlükəsizliyi üçün ciddi təhlükədir. "Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında yaranmış vəziyyət qonşu dövlətin lehinədir" - erməni mətbuatı yazır. ("OLAYLAR" İA)