Müsavat başqanına tövsiyyə

“Bəlkə üzü sulu siyasətdən gedəsən?”

"20 ildir prezident olmaq istəyir. Ancaq ola bilmir ki, bilmir". "OLAYLAR"ın xəbərinə görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasının başqanı İsa Qəmbərin seçkilərdə iştirakdan imtina etməsinə münasibət bildirərkən  səsləndirib. BAXCP rəsmisi bildirib ki, 1998-ci ildə Əbülfəz Elçibəyin prezident olmaq istəyinə imkan verməyən İsa Qəmbər 2003-cü ildə İlham Əliyevə məğlub oldu: "2008-ci ildə İlham Əliyev çox güçlü olduğundan seçkiyə qatılmadı və yenə İlham Əliyevə məğlub oldu. 2013-cü ildə isə Rüstəm İbrahimbəyovun "tələ"sinə düşdü. Bu səfər də məğlub oldu". Niyaməddin Orduxanlı Müsavat başqanına siyasətdən getməyi də təklif edib: "Bəlkə, Qüdrət bəyin də dediyi kimi öz tərəfdarlarına ən sonuncu yaxşılıöı edib üzüsulu siyasətdən gedəsən?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00