İsa Qəmbər seçki mübarizəsindən çəkildi

Aydin Mirzəzadə: “Hesab edirlər ki, ciddi siyasətlə məşğul olurlar”

Avqustun 26-da  Müsavat Partiyasının  Divanının toplantısı olub. Toplantıda prezident seçkilərində namizədliyi  irəli sürülmüş partiya başqanı İsa Qəmbərin namizədliyi Cəmil Həsənlini xeyrinə geri götürülüb. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib ki,  İsa Qəmbər bu ilki uğursuzluğu və hazırsızılığı başqasının adına yazmaq üçün belə bir addım atdı: "Getdilər ki, indiki durduqları yerə qayıtsınlar. 2018-ci ilədək isə yenə də kimin ana müxalifət olduğu barədə sonsuz mübahisələr etmək mümkün olacaq. Hesab edirlər ki, qəzet səhifələrində ittihamları , əhəmiyyət kəsb etməyən çoxvariantlı siyasi gedişləri ilə ciddi siyasətlə məşğul olurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00