Gürcüstan Rusiyaya nota verdi
Gürcüstan Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionuna səfəri ilə əlaqədar Rusiya Federasiyasına nota göndərib
26 Avqust 2013 18:25 SiyasətTrend xəbər verir ki, bazar ertəsi Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze jurnalistlərə açıqlamasında bildirib ki, nota İsveçrə nümayəndələri vasitəsilə göndərilib.
Prezident Putin ötən gün Abxaziyaya səfər edib. O, Piçundada qondarma separatçı Abxaziya Respublikasının rəhbəri Aleksandr Ankvabla görüşüb. Bazar ertəsi Abxaziyada onun müstəqilliyinin Rusiya Federasiyası tərəfindən tanınmasının beş illiyi qeyd edilir.
Pancikidze vurğulayıb: "Bu fakt Gürcüstan müstəqilliyinə və ərazi bütövlüyünə daha bir qəsd olduğundan biz birmənalı olaraq bu səfəri qınayırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00