Con Bolton: “ABŞ Misir hadisələrinə qarışmamalı idi”

ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Con Bolton bildirib ki, Vaşinqtonun Yaxın Şərqdə fiaskoya uğramasının kökündə hökumətin Misirdəki hadisələri düzgün qiymətləndirməməsi dayanır. Bolton qeyd edib ki, ABŞ ümumiyyətlə Misirdə baş verən son hadisələrə reaksiya verməməli idi. "Sciur Freedom" radiosuna verdiyi açıqlamada C.Bolton bildirib ki, ABŞ bir neçə il ərzində "əl-Qaidə"nin regionda artan üstünlüyünə göz yumub. Amerikalı diplomat hesab edir ki, təşkilat Amerika ilə müqayisədə bölgədə daha üstün gücə sahibdir və bu tendensiya gələckdə də davam edəcək. Bolton ABŞ-ın Yaxın Şərq ölkələrindəki səfirliklərinin fəaliyyətini dayandırmasını Ağ Evin siyasi məqəsədi ilə əlaqələndirib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00