Eldar Namazov və Əli Kərimlinin Azərbaycanda Suriya planı
24 Avqust 2013 14:52 SiyasətPrezident seçkiləri ərəfəsində bəzi xarici qüvvələrin Azərbaycanda iğtişaş törətmək istəklərinə təssüflər olsun ki, daxildə fəaliyyət gösərən radikal siyasi dairələr də dəstək verirlər. Hələ seçki prosesinə start verilmədən bir xeyli əvvəl bu kimi məlumatlar gündəmə gəlsə də, lakin həmin ərəfədə bu kimi ehtimallara inam o qədər də yox idi. Lakin getdikcə siyasi proseslərin daha da aydınlaşması və xarici qüvvələrin Azərbaycanda iğtişaş törətmək planlarına daxildəki antimili qüvvələrin də açıqca dəstək nümayiş etdirməsi deyilənləri təsdiqləmiş oldu. Radikal müxalifət dairələrinin xarici havadarlarının əli ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və ölkədə vətəndaş qarşıdurması yaratmaq planlarının olduğu bir müddət əvvəl həmin düşərgəni tərk etmiş bəzi siyasilər tərəfindən də təsdiq edilmiş oldu. Belə ki, "El" Hərəkatından istefa vermiş Əflan İbrahimov yerli KİV-lərə verdiyi açıqlamada vaxtı ilə təmsil olunduğu hərəkat, eləcə də onlarla birgə addımlayan radikal müxalifətin iç üzünü açıb. Deyilənlərdən məlum olur ki, ölkədəki qarşıdurmaların əsas ssenari müəllifləri Rüstəm İbrahimbəyovun Azərbaycandakı səlahiyyətli nümayəndəsi hesab edilən "El" Hərəkatının rəhbəri Eldar Namazov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Proseslərdən belə aydın olur ki, Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov müəyyən edilməsinin də arxasında kinorejissora olan hörmət-izzət yox, məhz ölkədə qarşıdurma yaratmaq istəyi olub. Daxildəki antiAzərbaycan qüvvələrin planına əsasən Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olduğu üçün o, Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd kimi qeydə alınmayacaqdı. Bunu isə qeyri-qanuniu hərəkət kimi qələmə verən Eldar Namazov-Əli Kərimli cütlüyü və onlara yaxın olan radikal dairələr ölkədə süni narazılıq yaratmaq, yerlərdə ictimai asayişi pozmaq istiqamətində hərəkətə keçəcəklər. Eldar Namazovun bununla bağlı AXCP sədri Əli Kərimli ilə məxfi görüş keçirdiyi və onu razı saldığı da bildirilir. Qubada, İsmayıllada baş verən proseslərin yenidən təkrarlanması və vətəndaş itaətsizliyinə nail olmaq üçünsə maliyyə mənbəyi "müttəfiqlər"ə okeanın o tayından gəlməli olub. Paralel olaraq müxalifətin bundan sonra keçirəcəyi etiraz aksiyaları ilə bağlı da müəyyən planlar hazırlanıb. Belə ki, məlum planın digər bir bəndinə əsasən Azərbaycanda təxribatlar törətmək üçün xüsusi qruplar hazirlanıb. Eldar Namazov-Əli Kərimli cütlüyünün hazırladığı ssenariyə əsasən həmin qruplara müxalifətin keçirdiyi mitinqlərdə partlayışlar törətmək və digər təxribatlar yaratmaq tapşırığı verilib. Bu qrupda əsasən Rusiyada yaşayan azərbaycanlılar-sadvalçılar və separatçı Əlikram Hümbətovu dəstəkləyənlər çoxluq təşkil edir. Bu məsələdə antiAzərbaycançılar hətta sabiq səhiyə naziri Əli İnsanovdan da yararlanmağı məqbul sayıblar. Görünür Milli Şura yaranarkən sabiq səhiyyə şefinin bu ideyaya dəstək verdiyi barədə yayılan xəbərlər təsadüfi deyilmiş. AntiAzərbaycançıların niyyətini bölüşməyib onların sırasını tərk edən sabiq "El"-çinin açıqlamasından aydın olur ki, Eldar Namazov-Əli Kərimli cütlüyü və onlara dəstək verən dairələr Azərbaycanda Suriya variantının təkrarlanmasını istəyirlər.
Süleyman İsmayılbəyli