Seçkidən sonra özünə hörmət edən şəxs Əli Kərimlinin yanında qalmayacaq

"Rauf Arifoğlu cəsarətli mövqe nümayiş etdirib. O, acıq şəkildə bildirib ki, Rüstəm İbrahimbəyov Rusiya layihəsi idi". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, hazırda radikal müxalifət 2008-ci ildə olduğu kimi İlham Əliyevə rəqib olmağa cəsarət etmir: "Vəziyyətləri çox pisdir. Eldar Namazovla Əli Kərimli bütün imkanları ilə hakmiyyətə xdimət etmiş oldular. Bunlar radikal müxalifəti həm gülünc vəziyyətə gətirdilər, həm də xalqın gözündən saldılar. Eyni zamanda Qərb dairələrinə göstərmiş oldular ki, bu, siyasi qüvvələr heç də qərbpərəst deyillər və istənilən vaxt Rusiyanın layihəsində baş rolda olurlar". Niyaməddin Orduxanlının sözlərinə görə, imza toplamağa az müddət qalıb bunlar hələ "namizəd, namizəd" oyunu oynayırlar: "Bəyənmədikləri Hafiz Haciyev artıq imza vərəqələrini bitirmək üzrədir, bunlar isə hələ də namizəd axatarışındadırlar. Bu seckidən sonra inanmıram ki, özünə hörmət edən şəxslər Əli Kərimlinin və a digərinin yanında qalmış olsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00