Səfər Əbiyev: Vəziyyət bu cür davam edərsə, Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaq

Vəziyyət bu cür davam edərsə, Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaqdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yaponiyanın müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini ilə görüşdə bildirib.

Nazir deyib ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir: "ATƏT-in Minsk qrupu çərçivəsində problemin həllinə üstünlük verilsə də, təəssüf ki, konkret nəticə yoxdur".

Əbiyevin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır: "Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Vəziyyət bu cür davam edərsə, Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00