Müxalifətin qalib gəlməsi möcüzədir
23 Avqust 2013 17:12 Siyasət"Müxalifətin prezident seçkilərində qalib gəlməsi getdikcə möcüzəyə bağlanır. Lakonik desək möcüzə baş verməsə bu gedişlə heç nə dəyişən deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu çıxış edib. AMİP rəsmsi onu da deyib ki, müxalifətdaxili problemlərin çözülməməsi, pərakəndəlik, qarşılıqlı inamsızlıq və vaxtdan düzgün istifadə olunmaması bu düşürgənin günbəgün əleyhinə işləyir: "Seçkilərin ilkin mərhələsi başa çatmaq üzrədir. Lakin hələ də müxalifət düşərgəsində qeyri-müəyyənlik, dağınıqlıq höküm sürür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00