Əhməd Orucdan keçmiş müttəfiqlərinə tövsiyyə
“Görüntü yaratmağa cəhd edin”
23 Avqust 2013 15:28 Siyasət"25 illik siyasi təcrübəsi olan Milli Şuradakı dostlarımızı sarsılmamağa, nə qədər çətin olsa da bu vəziyyətdə də özlərini "əsas qüvvə, xalqın inam yeri, xilas yeri" kimi təqdim etməyə çağırıram". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azadlıq Partiyasının sədri Əhməd Oruc Rusiyanın artıq Milli Şura ideyasına dəstək verməməsinə münasibət bildirərkən səsləndirib. Partiya sədri Milli Şura ab-havasına düşən siyasiləri toparlanmağa çağırıb: "Nə qədər ağır olsa da özünüzdə güc tapın, toparlanın, ən azı bu cür görüntü yaratmağa cəhd edin. Çünki siz siyasi səhnənin əsas ifaçılarısız və sizin missiyanız çox ağır, imanlı adamların heç cürə qəbul edə bilməyəcəyi bir missiyadır. Bu işi sizdən başqa heç kim görə bilməz. Bu çətin anlarda, Tanrı yardımçınız olsun".