Nail Məmmədzadə DAK-ın Polşa nümayəndəliyinin rəhbəri seçilib
23 Avqust 2013 14:21 Siyasət"OLAYLAR" İA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rustəmxanlı DAK-ın Polşa nümayəndəliyini təsis edib. Nümayəndəliyin rəhbəri isə Nail Məmmədzadə təyin edilib. Öncələr Qeyri Hökumət Təşkilatlarında fəaliyyət göstərən, Milli QHT Forumunun əməkdaşı olan Nail Məmmədzadə hazırda Polşanın paytaxtı Varşavada təhsil alır. DAK-ın Polşa nümayəndəliyinin rəhbəri seçilən N.Məmmədzadə təhsili ilə yanaşı diaspor və lobbiçilik fəaliyyəti ilə də məşğuldur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00