Müxalifət nə danışdığının fərqində deyil
23 Avqust 2013 14:04 Siyasət"18 avqust piket-mitinqi, onun iştirakçıları, şüarları ümumilikdə bu düşərgənin iddialarına rəğmən nə qədər imkansız olduğunu göstərdi. Əslində, belə qeyri-ciddi fikirlərə əhəmiyyət vermək lazım deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən vitse-spiker Bahar Muradova deyib ki, bu, onların müəyyən qədər reklamı da ola bilər: " Onlar özləri də nə danışdıqlarının fərqində deyillər. Yaxşı olar ki, mətbuatımız belə məsələlərə vaxt ayırmaqdansa, ölkəmizin nailiyyətləri, beynəlxalq müstəvidə artan rolu, eləcə də, dünyadakı mövcud problemlərə, çağırışlara və təhdidlərə qarşı tutduğu önəmli mövqeyinə daha çox yer versinlər. İsa Qəmbərin və digərlərinin mitinqdə söylədikləri fikirlər isə elə həmin aksiyada da qalır və onun çərçivəsindən kənara çıxmır. Bu insanlar prezident və parlament seçkiləri ilə bağlı, eləcə də, ölkənin gələcək taleyində özlərinin hansısa roluna dair illuziyalarını kənara qoymalıdırlar".