MSK-dan İbrahimbəyovla bağlı - Daha bir açıqlama

"Mərkəzi Seçki Komissiyası üçün namizədin adı, kimliyi vacib deyil".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında "Milli Şuranın sədri Rüstəm İbraimbəyovun namizədlik" sualına cavab olaraq deyib.Onun sözlərinə görə, Azərbaycan prezidenti olmaq iddiası və hüququ olan hər bir şəxs MSK-ya müraciət edə bilər. Qanunvericiliyin tələbinə görə, ikili vətəndaşlıq və digər ölkələr qarşında öhdəliyi olan insanlar namizəd ola bilməz. R.İbrahimbəyovun da sənədlərinə 5 gün ərzində baxılacaq, müşahidə iclasında yekun qərar veriləcək. R.İbarahimbəyovla bağlı digər verilən suala MSK sədri cavab verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00