Bahar Muradova: Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolları tükənməyib

Neçə illərdir Dağlıq Qarabağ probleminin həlli ilə bağlı atılan addımlar, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına şərait yaratsa da, köklü həllinə təsir göstərə bilmədi. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə vitse-spiker Bahar Muradova Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarəti zamanı deyib.B.Muradova bildirib ki, Füzuli və Cəbrayıl rayonların işğalı zaman minlərlə əhali qaçqın və köçkün vəziyyətinə düşüb: "Lakin bu gün Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti kifayət edir ki, işğal altında olan bu rayonlarımızın azad olunması üçün qətiyyətli addımlar atılsın. Buna Azərbaycan dövlətinin, Prezidentinin də qətiyyəti və iradəsi çatır. Ölkəmizin gücü də buna yetir. Hələ ki, aparılan siyasət münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarətdir. Ümid edirik ki, münaqişənin sülh yolu ilə həlli yolları tükənməyib. Azərbaycan da buna görə bu yolda addımlayır".Qeyd edək ki, bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı bir qrup insan, ziyalılar, müharibə veteranları Şəhidlər xiyabanını ziyarət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00