Rusiya Miqrasiya Xidmətindən İbrahimbəyov haqqında sensasion açıqlama
Milli Şura sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyi var
22 Avqust 2013 17:09 SiyasətMilli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun pasport məsələsi ətrafında yaşanan gərgin vəziyyət səginmək bilmir. Rusiya vətəndaşlığından imtina etmədiyi barədə yayılan məlumatlardan sonra mətbuata açılqlama verən vahid namizəd, Rusiya Federasiyası vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət etdiyini və bu haqda ona qəbz də verildiyini bildirib.ANS PRESS-in verdiyi xəbərə görə, Avropa.info məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlayıb.Miqrasiya Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Zalina Vladimirovnanın verdiyi məlumat isə təəccüblü oldu: "Rüstəm İbrahimbəyov, avqustin 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət edib və sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verilib".Əldə etdiyimiz məlumata görə, son günlərə qədər bu barədə danışmaq istəməyən Milli Şura sədri həmin qəbzi artıq Bakıya göndərib. Qəbzin Eldar Namazovda olduğu bildirilir. Maraqlıdır ki, artıq bir-neçə aydır Milli Şuranın vahid namizədi elan olunmuş Rüstəm İbrahimbəyovun hələ may ayından Rusiya dövlətinə müraicət edərək vətəndaşlıqdan imtina etməsi gözlənilsə də, Milli Şura sədri bu prosesi yubadaraq avqustun 13-də ərizə yazıb.Təhlilçilər hesab edirlər ki, bununla da İbrahimbəyov ona ümid bəsləyən Milli Şura üzvlərini, habelə prezident seçkilərində hazırkı hakimiyyətə alternativ görmək istəyən yüz minlərlə elektoratı aldadıb.Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Zalina Vladimirovnanın Avropa.info-ya verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır.FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında Amerika Birləşmiş Ştatlarında daimi yaşayış izni verən sənədin olmasıdır ki, bu da Milli Şura sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir.Z.Vladimirovnanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər: "Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb edəcək".