Davudoğlu: “Əsəd rejimi özünə əmindirsə BMT heyəti yoxlama aparmalıdır”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyada baş verən kimyəvi silah hücumunda mindən çox insanın öldüyünə dair məlumatlara sahib olduğunu diqqətə çatdırıb. Almaniyanın xarici işlər naziri Quido Vestervellə birlikdə mətbuat konfransı keçirən Davudoğlu BMT müşahidəşilərinin zaman itirmədən bölgədə yoxlama aparmalarını istəyib.

Davudoğlu: "Özlərindən əmindirlərsə, bu böyük insanlıq cinayətini özlərinin törətmədiyini iddia edirlərsə, BMT heyati dərhal bu bölgəyə getməli və yoxlama aparmalıdır. Əgər yoxlama aparılmazsa, beynəlxalq ictimaiyyət Şərqi Avropa ilə keçmişdə necə rəftar edildisə, eyni aqibət Yaxın Şərqi də gözləyir. Əks təqdirdə kimyəvi silahlardan daha çox zərər görəcəyik" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00