Fikir və söz azadlığının təmin olunması dövlətin prioritet məsələlərindən hesab olunur

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyinə nail olduqdan sonra atılan ilk addımlardan biri məhz ölkənin vahid informasiya siyasətinin formalaşdırılması, milli informasiya mühitinin yaradılması, qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı idi. Çünki həmin dövrdə Azərbaycan məkirli qonşu dövlətin torpaq iddiası ilə üzləşmişdi, üstəlik ölkə daxilində anarxiya hökm sürürdü, xarici təhdidlər isə daimi xarakter almışdı. Belə bir şəraitdə sərt vahid informasiya sisteminin formalaşdırıması zərurəti yaranırdı. Hüquqşünas Səid Məmmədov bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığının həqiqi mənada təmin olunması heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Müstəqil dövlətin ali rəhbəri kimi Heydər Əliyev Azərbaycan şəraitində medianın yeni tarixi rolunu və vəzifələrini müəyyənləşdirərək, onun inkişaf meyllərini dövlət himayəsi ilə əhatə etmişdir. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi. Müharibə şəraitində olan ölkədə söz və ifadə azadlığının təmin olunması və daha da inkişaf etdirilməsi məhz həmin ideyalar zəminində yaradılmışdı. Belə ki, sözgedən ideyalar əsasında dövlətin informasiya azadlığı və informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi".

Onun sözlərinə görə, bu gün dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi, milli informasiyanın istehsalı, söz və ifadə azadlığının təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdən hesab olunur.  Bu baxımdan Azərbaycan mətbuatı informasiya mədəniyyətinin formalaşması, informasiya istehsalı və dağıdılması, eləcə də ümumi tərəqqinin təmin edilməsi işində  önəmli rol oynayır. Məhz bu səbədən medianın inkişafı, bu sahədə islahatların aparılması mütəmadi xarakter daşıyır: "Sirr deyil ki, Azərbaycan mediası dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub, medianın inkişafına hərtərəfli dəstək göstərilir. Buna baxmayaraq ümumi dövlət təhlükəsizliyinin önəmli tərkib hissəsi kimi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində  islahatlar labüddür. Elə yeni hazırlanan "Media haqqında" qanun da bu amala xidmət edir. Təsadüdi deyil ki, mütəxəssislər "Media haqqında" qanunun qəbulunu Azərbaycan mediasında yeni mərhələ kimi dəyərlənririrlər. Çünki, sözügedən qanunda əksini tapmış müddəalar medianın inkişafı üçün yeni imkan və prespektivlər açır.  Hazırda Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulub. Ölkəmizdə kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti medianın müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən  faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır".

Sirr deyil ki, müasir dünyada kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Çox təssüf ki, Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur. Əslində isə milli mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır. Ölkədə yaradılmış söz və fikir azadlığından sui-istifadə edərək min bir əziyyətlə dövlət və cəmiyyətin illərdən bəri formalaşmış stununa zərbə vurmaq sözün əsil mənasında millətə və dövlətə xəyanətdən başqa bir şey deyil. Məhz bu kimi amillər nəzərə alınaraq ölkə mətbuatında dövlət sirlərinin mühafizəsi qanunla tənzimlənir. Yeri gəlmişkən qeyd edək ki, ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırır. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31