İsmayıl Ənvər paşa və Türküstan...1920-ci illər....
21 İyul 2023 12:03 Siyasətİsmayıl Ənvər paşa və Türküstan...1920-ci illər....
Xəzər dənizinin şərq sahillərindən Monqol-Altay dağlarınadək (Munx-Hayrxan, 4362), Selenqa çayı hövzəsinə qədər uzanan Türküstan diyarı (coğrafi-landşaft örtüyünə görə Şərqi və Qərbi bölgələrə bölünməklə) XVI-XVII əsrdən etibarən rus işğalçılarının döyüş meydanına çevrildiyindən (XIX-XX əsrlərdə onlara qoşulan hay kilsəsi daxil) təbii ki, güclü müqavimət hərəkatı ilə də üzləşmişlər.
XX əsrin 2-ci onilliyində Türküstan diyarında güclənən milli-azadlıq hərakatının cəbhə xəttində ideoloji və hərbi gücü ilə mənfur rus-hay qüvvələrinə qarşı duran mücadilə öndərlərindən biri Osmanlı Türkiyəsinin Ordu komandanı, görkəmli sərkərdə İsmayıl Ənvər paşa Hacı Əhməd paşa oğlu (1881-1922) olmuşdur...
Çar Rusiyasının xarici siyasətində qonşu dövlətlərə qarşı ərzi-işğalçılıq planı əsas yer tutmaqla yanaşı, həm də qiymətli və müxtəlif xammal ehtiyatı ilə zəngin olan Orta-Mərkəzi Asiya regionunun Türk-Müsəlman dövlət birlikləri ilə (xüsusilə Xivə və Buxara xanlıqları olmaqla) XVI əsrdən başlayaraq siyasi-hərbi qarşıdurmalara daha çox üstünlük vermişdir. Bu bölgə dövlətlərinə qarşı işğalçılıq siyasətinin yürüdülməsi və siyasi-hərbi üstünlüklərin əldə edilməsi Rusiya dövlətinin əsasən üç istiqamətdə mövqe gücünü artırırdı:
-bölgədə formalaşmaqda olan və Osmanlı Türkiyəsi ilə bütün sahələrdə sıx bağlılığı olan Türküstan dövlətinin parçalanması, zəifləməsi və Rusiyadan asılığının yaranmasında ("Türküstan" toponimi VIII əsrin əvvəllərində Mavəraünnəhr hökmdarı Turan/Tarxun şahın adı ilə bağlı çəkilir, İran şairi Firdovsinin (940-1020) "Şahnamə" poemasında Turan xaqan təsvir edilib, IX əsrdə Buxara tarixçisi Əbu Bəkir Narşaxi (899-959), Mahmud əl-Qaşğari (1008-1102) "Divanü Lüğat-it Türk" əsərində Türküstan diyarının Türkdilli xalqlarının inzibati-ərazi xəritəsini tərtib etmişdir)...tərəfindən işlədilib, nəhayət, 1867-ci ildə çar Rusiyası Türküstan general-qubernatorluğunu yaradaraq rəsmi müstəmləkə mərhələsinin başlanğıcını qoymuşdur);
-Hind okeanına çıxış və Böyük Britaniyanın Cənubi Asiyada və Ərəbistan yarımadasında tutduğu siyasi-iqtisadi və hərbi üstünlüklərini ələ keçirməkdə (1919-cu ildə Şərq xalqlarının kommunist təşkilatlarının I qurultayında Rusiya MİK-nin sədri M.İ.Kalinin (1875-1946)-"Dünya inqilabı şöləsi Şərqə doğru yayılmalıdır!" şüarını söyləmiş, bu yığıncaqda çıxış edən İ.V.Stalin (1879-1953) də bu mövzunu müdafiə etmiş, həmin ilin dekabr ayında Kazan şəhərində çıxış edən hərbi işlər üzrə komissar L.D.Trotski (1879-1940) "Tatar və Başqırd nizamı silahlı qüvvələrindən ibarət Hind korpusunun yaradılması zəruriliyi"ndən danışmışdır);
-Şərqi Asiyadan (Çin ərazisindən) başlayan və Türküstan, Cənubi Qafqaz (Azərbaycan) və Türkiyə sərhədlərindən keçərək Avropaya çatan "Beynəlxalq İpək yolu" üzərində hərbi, iqtisadi-ticari üstünlükləri ələ keçirməklə siyasi-iqtisadi gücünü artırmaqla;
Cənubi Qafqazda olduğu kimi, Türküstan diyarında da çar Rusiyası hay kilsəsi və sürüsündən istifadə etməklə işğalçılıq siyasətini yürütmüşdür. Belə ki, XIX əsr boyunca hay quldur dəstələrinin gücləndirilməsi Rusiya və hay kilsəsinin başlıca məqsədi olduğundan Şərqi Anadolu və Azərbaycan hüdudlarında Türk-Müsəlman əhalisinə qarşı qətliam-soyqırım faciələrinin miqyası (bu faciələrin qarşısının alınmasında Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Hacı Əhməd oğlu Killigilin (1889-1949) xüsusi xidməti olmuşdur) XX əsrin 10-20-ci illərdində artıq Türküstan diyarına keçməsinə baxmayara Bütöv Azərbaycanda rus-hay quldurlarına qarşı Qurtuluş mübarizəsi (həm də I Dünya müharibəsi illərində Türk-İslam məfkurəsinin və ideyasının qorunub saxlanılması naminə), Orta və Mərkəzi Asiya bölgəsində isə mənfur düşmənlərə qarşı milli-azadlıq hərakatı xeyli güclənmiş, bu sırada böyük Türk sərkərdəsi və İslami birliyin Amal yiyəsi İsmayıl Ənvər paşa Hacı Əhməd paşa oğlu da döyüşərək müqəddəs Müsəlman torpağında Şəhidlik məqamına yüksəlmişdir. Yəni, XX əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi və xalqının müdafiəsi cəbhəsindəı kiçik qardaş Nuru paşa hansı xidmətləri göstərmişdirsə, Türküstan diyarının tarixində də böyük qardaş İsmayıl Ənvər paşa eyni dərəcədə mücadilə missiyasını yerinə yetirmişdir.
Haşiyə. Osmanlı Türkiyəsinin ictimai-siyasi və hərbi-dövlət quruculuğunda 1908-ci ildən sonra mühüm yer tutan siyasi-hərbi xadimlərdən biri olmuş İ.Ənvər paşa ilkin və orta pilləli hərbi məktəbləri bitirməklə yanaşı, Hərbi Akademiyada da təhsil almış, 1914-1918-ci illərdə hərbi nazir olmuş, I Dünya müharibəsi dövrümnün iri miqyaslı hərbi əməliyyatlarına rəhbərlik etmişdir. Türk Dövlətlərinin İslami Birlik hərakatı ideyasının öndərlərindən olduğundan 1920-ci illərdə Rusiyanın Orta və Mərkəzi Asiya işğalına və Milli-Azadlıq hərakatının qanla boğulmasına qarşı mübarizədə müqavimət hərakatına rəhbərlik etmişdir. 2008-ci ildə yazıçı N.Kösoğlunun (1940) "Şəhid Ənvər paşa" romanı 2019-cu ilədək 7 dəfə təkrar çar edilmişdir (Azərbaycanlı yazıçı C.Cavanşir bu əsəri dilimizə çevirmişdir).
Digər bir yazar A.Cəngizərin I Dünya müharibəsi haqqında qələmə aldığı kitabda da İ.Ənvər paşa haqqında tarixi faktlar işıq üzü görmüşdür.
Türküstan diyarında XX əsrin əvvəllərində baş verən siyasi-hərbi hadisələrin təhlili göstərir ki, çar Rusiyası Türk-Müsəlman xalqlarına qarşı etno-demoqrafik, milli-irqi, dini-mədəni...ayrı-seçkiliyi eyni üslubda həyata keçirmişdir-hay kilsəsi ilə əlaqəyə girərək quldur hay-daşnak silahlılarından yararlanaraq həm dövlət quruculuğunu sarsıtmaqda, həm də yerli xalqlara qarşı soyqırım faciələrini törətməkdə məkrli planların müəllifi olmuşdur. Bu sahədə fərqlənən hay-daşnak ünsürlərə (S.Şaumyan, A.İ.Mikoyan, İ.X.Baqramyan, L.S.Şaumyan...) 1918-1991-ci illərdə sovet idarəetmə, hüquq-mühafizə, müdafiə... orqanlarında məsul vəzifələrin həvalə edilməsi bu məqsədlərin davamı idi..
Bu baxımdan Türküstan dövlətlərinə qarşı münasibətdə Rusiya dövləti eyni yanaşmanı sərgiləmişdir-Qafqaz cəhbəsində Osmanlı Türkiyəsinə qarşı müharibədə xəyanətkar, satqın. cəsus, riyakar...hay-daşnak dəstələrini Türküstan cəbhəsinə də yeritmiş, Türk-Müsəlman xalqlarına qarşı azğın bir alay (1-ci Türküstan alayı) yaratmış, Şərq cəbhəsinin 4-cü Ordusu (1919-1920-ci illərdə M.V.Frunze ilə birlikdə Q.K.Voskanyan (1887-1937) rəhbərlik etmişdir, sonuncu 1925-1926-cı illərdə Türküstan cəbhə komandanının köməkçisi də olmuşdur) İsmayı Ənvər paşa ordusu ilə döyüşlərdə iştirak etmişdir.
İsmayıl Ənvər paşa Türk dövlətləri birliyinin və İslam amalının vəhdəti uğrunda Türküstan cəhbəsində apardığı mücadiləyə (1920-ci ildə Bakı şəhərində keçirilən Şərq xalqlarının konqresində İ.Ənvər paşa iştirak etmiş və bəyanat vermişdir) başlamazdan əvvəl Rusiya dövlətinin yürütdüyü siyasi-hərbi xətt ilə tanış olmaq üçün 1920-ci ilin yayında siyasi-hərbi xadimlərlədən V.İ.Ulyanov-Lenin (1870-1924), G.V.Çiçerin (1872-1936), İ.V.Stalin, L.D.Trotcki, E.M.Sklyanski (1892-1925), S.S.Kamenev (1881-1936), N.İ.Buxarin (1888-1938), K.B.Radek (1885-1939)... ilə Moskva şəhərində görüşmüş, Türküstan diyarının Türk-Müsəlman xalqlarının müstəqil dövlətçiliyi və milli-azadlıq mübarizəsi, İslam dünyasının birliyi...mövzusunda Rusiya dövlətinin ideya-nəzəri məqsədləri ilə bağlı fikir mübadiləsi aparmış, eləcə də Türk-İslam dünyasının varlığını-mövcudluğunu müsahiblərinin nəzərinə çatdırmışdır.
Təbii ki, Osmanlı Türkiyəsi/Türkiyə Cumhuriyyəti üçün Türküstan diyarı, Orta və Mərkəzi Asiyanın Türk-Müsəlamn xalqlarının dövlətçiliyi və milli güvənliyi, özgürlüyünün, milli-mədəni, dini-fəlsəfi irsinin... qorunub saxlanılması Azərbaycan Cumhuriyyəti kimi eyni dəyərə malik olmuşdur.
Qeyd etmək lazımdır ki, bu səfərdə onu səfir Əli Fuad bəy Cəbəsoy (1882-1968), dövlət və hərbi xadim Əhməd Camal paşa (1872-1922), M.K.Atatürkün köməkçilərindən biri Şükri Tezər Nuru bəy oğlu (1893-1969), İ.Ənvər paşanın əmisi, hərbi xadim Xəlil paşa Kut (1881-1957), Osmanlı parlamanının millət vəkili, 16 mart 1921-ci il Moskva Sülh müqaviləsinə imza atanlardan biri Yusif Kamal Tengirşeng (1878-1969), həmin dövrdə Xarici işlər nazirinin müavini Bəkir Sami bəy Kunduh (1865-1933) ... də iştirak edib.
Nəzərə alcaq ki, Osmanlı Türkiyəsi/Türkiyə Cumhuriyyətinin dövlət/məfkurə qayəsinin milli ideya təmayülü əsasında İ.Ənvər paşanın nəzəri-təfəkkür amalı iki əsas xətt üzərində formalaşdığından qarşıya qoyulan məqsədi aydın olmuşdur:
-Türk-Müsəlman dövlətlərinin Anadolu-Qafqaz-Türküstan-Altay hüdudlarını əhatə edən Bütövlüyünün-Birliyinin yaradılması;
-Türk-Müsəlman dövlətlərinin özgürlüyünün təmin edilməsi və qorunub saxlanılması...məfkurəsi əsasında qurulduğundan və Rusiya dövlətinin siyasi riyakarlığına əmin olduqdan sonra qısa müddətdə siyasi-hərbi qərarların qəbul edilməsi;
Görkəmli sərkərdənin 1921-1923-cü illərdə yaşadığı Türküstan tarixi bunu aydın ifadə etmişdir.
Odur ki, 1921-ci ilin oktyabr ayında İ.Ənvər paşa Buxara şəhərinə gəldikdən və yerli şərait ilə tanış olduqdan sonra Rusiya hökumətinin işğalçılıq niyyətinin dəyişmədiyini, imperiya xislətinin qorunub saxlanıldığını və əsl siyasi-hərbi taktiki əməliyyatlarını yerli şəraitə uyğun təhlil etdikdən sonra Türküstün milli-müsadilə tərəfdarlarının birliyini yarada bilmişdir.
İlk növbədə bu mücadilə Türk-İslam dəyərləri uğrunda beynəlxalq mübarizə səciyyəsi daşımışdır ki, önündə yenə də Osmanlı Türkiyəsi/Türkiyə Cumhuriyyəti dururdu.
O, həm də cəbhə-döyüş xəttinin öncül yerlərində Buxara Ordusunun Baş komandanı kimi də yer tutmuşdur. Belə ki, İ.Ənvər paşa ilə Türküstan cəbhəsində Türk ordusunun albayı Səlim paşa (Xoca Sami bəy), artlileriya kapitanı Əbdül Qadir Mühiddin bəy də olmuşlar.
Buxara xanlığı Türküstan diyarında mərkəzləşmiş, siyasi-iqtisadi dövlət sisteminin təşəkkül tapdığı, əhali məskunlaşması baxımından iri inzibati-ərazi vahidi olduğundan və rus-hay qruplaşmasının güclü hərbi qüvvə yeritdiyindən Türküstan diyarının həlledici mübarizə qalası bu bölgə idi. Bölgənin müdafiə xəttinin gücləndirilməsi məqsədi ilə Şərqi Buxara cəbhəsinə (Gülyab, Bəlcuvan, Darvaz, Qaradeyin...bölgələrinə, müasir Tacikistan Respublikasının mərkəzi hissəsi) əmir Seyid Mir Muhammad Seyid Əbdüləhəd xan oğlu Alim xan (1880-1944) və yerli silahlı qüvvələr komandiri Dövlətmənd bəy Kəmaləddin bəy oğlu (1870-1922) tərəfindən qüvəllər yerləşdirilsə də, İ.Ənvər paşa hərbi üstünlüyü müəyyən müddət qoruyub saxlasa da, düşmənə ağır zərbələr vursa da (1922-ci ilin dekabr ayında kiçik qardaşı Kamilə yazdığı məktubda bildirmişdir ki, son 10 gündə 5 dəfə rus-hay qüvvələrinə qarşı döyüşə girib, hamısından qalib çıxıb, saysız-hesabsız canlı qüvvə məhv edib...), işğalçıların hərbi qüvvə və silah-sursat təchizatı arasıkəsilməz təmin edildiyindən həmin əlverişli mövqeyi axıradək saxlamaq mümkün olmamışdır...
Artıq 1923-cü ilin yayında İ.Ənvər paşanın ordusu Düşənbə şəhərini tərk etməli və Bəlcuvan nahiyəsinə çəkilməyə məcbur olur. Bəlcuvan şəhərində İsmayıl paşa və Dövlətmənd bəyin səhra-döyüş qərargahı olmuş qədim Qala indi də tarixi-mədəni abidə kimi qorunmaqdadır.
Azərbaycan tarixinin Türküstan tarixi ilə doğmalığını yaratmış tarixi olaylardan bir də odur ki, İ.Ənvər paşanın həmin illərdə silahdaşlarından və əqidə tərəfdarlarından, mücadilə həyatına şərik olanlardan biri də general Axund Yusif Ziya Mustafa oğlu Talıbzadə (1877-1923) olmuşdur (görkəmli ədibimiz A.Şaiqin (1881-1959) böyük qardaşı).
(ardı var)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi