Aleksandr Lukaşeviç: “Əsədin kimyəvi silahdan istifadə etməsi məlumatları xüsusi tapşırıqla yayılıb”
Aleksandr Lukaşeviç: “Əsədin kimyəvi silahdan istifadə etməsi məlumatları xüsusi tapşırıqla yayılıb”
22 Avqust 2013 15:58 SiyasətRusiya hökumətin dinc sakinlərə qarşı kimyavi silahdan istifadə etməsi barədə yayılan məlumatların Bəşər Əsədə qarşı təxribat addımı kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç yerli mətbuata açıqlamasında məsələyə belə münasibət bildirib: BMT-nin kimyəvi silahlarla bağlı təftiş qrupunun Suriyaya daxil olması ilə eyni vaxtda məsələ ilə bağlı məlumatlar region KİV-i tərəfindən geniş formada yayıldı. Sanki bu, gizli şəkildə verilən göstəriş əsasında baş tutub". Lukaşeviç məsələnin peşəkarcasına araşdırılmasının vacib olduğunu deyib. "Bundan qabaq da belə məlumatların yayılmasından sonra yalan olduğu sübuta yetirilib". ("OLAYLAR İA")