“Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ATƏT PA-da gündəmə gətiriləcək”
22 Avqust 2013 15:28 SiyasətATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 13-14-də Çernoqoriyanın Budva şəhərində keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, sessiyanı gündəliyi tam dəqiqləşməsə də, Avropa məkanındakı müəyyən məsələlər müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, tədbirdə insan hüquqları mövzusunda da müzakirələrin aparılacağı gözlənilir: "Sessiyanın gündəliyindən asılı olmayaraq Azərbaycan nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcək. Bu, bizim fəaliyyətimizdə prioritet təşkil edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00