Milli Şura doğulan kimi ölmüş körpəyə bənzəyir
22 Avqust 2013 15:19 Siyasət"Milli Şura yaranan gündən qeyd etmişdim ki, bu qurumun heç bir perspektivi yoxdur və Rüstəm İbrahimbəyov da siyasət adamı deyil". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, Milli Şura doğulan kimi ölmüş körpəyə bənzəyir: "Sadəcə, qalıb dəfin olunması. Avqustun 26-da bunu da edəcəklər". BAXCP rəsmisinin sözlərinə görə, ilk gündən bilinirdi ki, bu Rusiyanın Azərbaycana qarşı təzyiq edilməsi üçün yaradılmış bir ssenarıdi: " Bunu Rusiya çox məharətlə həyata keçirdi. Bu prosesdə Rüstəm İbrahimbəyovdan çox Eldar Namazov Rusiyaya yardım etmiş oldu. Belə ki, radikal müxalifət Eldar Namazovun əli ilə Rusiyanın təsirinə salındı. Həmin qüvvələr də hakmiyyət üçün alışıb yandıqlarından düşündülər ki, Rusiya onları hakmiyyətə gətirəcək. Ancaq sonradan anladılar ki, sadəcə, Rusiyanın əlində bir vasitəyə çevriliblər".