Türkiyəli deputat Elçibəydən danışdı

Milliyətçi Hərəkat Partiyasının İqdır millət vəkili Sinan Oğan  Əbulfəz Elçibəyin ölümünün ildönümü ilə bağlı fikirlərini bölüşüb.  "OLAYLAR"-ın xəbərinə görə, Sinan Oğan yaymış olduğu mesajda qeyd edib ki, Əbulfəz Elçibəy həyatı boyunca Türk dünyasını və Türkçülüyü müdafiə etmiş bir düşüncə və siyasət adamı olaraq Türk tarixində önəmli izlər bıraxıb. Türkiyəli millət vəkili bildirib ki, özünü "Atatürkün əsgəri" sayan və Turan üçün mübarizə aparan Elçibəy Türk dünyasının xatirəsində  yer almışdır. Sinan Oğan hesab edir ki, Əbülfəz Elçibəy  Türk dünyasına könül verən insanlar tərəfindən unudulmayacaq: "Azərbaycan və Türkiyənin qardaşlığının inkişaf etməsində son dərəcə önəmli bir rol oynayan Elçibəyin hədəfi Türk dünyasının birliyi olmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00