VHP-də yeni təyinatlar
20 Avqust 2013 18:24 SiyasətVətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Nizamnaməsinə uyğun olaraq yeni təyinatlar imzalayıb. Bu barədə məlumat "OLAYLAR"-a partiyanın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, VHP sədrinin sərancamına əsasən Yusif Salmansoy partiya sədrinin təbliğat məsələləri üzrə müavini, Nəsimi Şərəfxanlı isə Güney Azərbaycan üzrə müşavir təyin olunub. Sabir Rüstəmxanlının başqa bir sərəncamı ilə isə, Aygün Qurbanova VHP-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00