Milli Şura bir-birini həzm edə bilməyən iki eyni gücdən ibarətdir

Mütəllim Rəhimli: “İndi bu qurum böhran qarşısındadır”

"Milli Şuranın qərar qəbul edə bilməməsi onun vahid gücə çevrilməməsinin nəticəsidir. İclasın sonunda keçirilən səsvermənin nəticələri də göstərir ki, bu qurum ən azı bir-birini həzm edə bilməyən eyni güclü iki hissədən ibarətdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli adıçəkilən qurumun  sessiyasında MŞ-nın alternativ namizədinin müəyyən edilə bilməməsinə münasibət bildirərkən səsləndirib: "Milli Şura yarandığı vaxtdan tərəfdarlarının duyğuları ilə oynamağa başladığını desək yəqin ki, yanılmarıq. İki vətəndaşlığı olan Rüstəm İbrahimbəyovun vahid namizəd kimi göstərilməsi, onun üzərində təbliğat-təşviqat işlərinin qurulması, sonda isə prezidentliyə namizəd kimi tələb olunan sənədlərin MSK-ya təqdim edilə bilməməsi Milli Şuranın tərəfdarlarını, sözün həqiqi mənasında, şoka salıb. İlk əvvəl Rusiyanın dəstəklədiyi qurum kimi təqdim olunmasına etiraz etməyən Milli Şura R.İbrahimbəyovun vətəndaşlığı ləğv edilməyincə anti-Rusiya mövqeyi sərgiləməyə başladı. Belə qeyri-ciddi yanaşmalar nəhayət ki, öz mənfi nəticəsini verdi və indi bu qurum böhran qarşısındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00