Həsən Ruhaninin ilk qərarı: “Urmiya gölü xilas edilməlidir”

İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetilə birgə Tehranda keçirdiyi ilclasda Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı qərar qəbul edib. Qərara əsasən ölkənin energetika, kənd təsərrüfatı, daxili işlər nazirləri, ekologiya və ətraf mühitin mühafizə təşkilatı, proqramlaşdırma və strateji nəzarət komitəsi sədrlərindən ibarət xüsusi işçi qrupu yaradılıb. İran mətbuatının məlumatına görə, işçi qrupu Urmiya gölünün qurumasının qarşısının alınması üçün 2 ay ərzində proqram hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək. ("OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00