“Müxalifət liderlərində vətənpərvərlik hissi olsaydı, İlham Əliyevi vahid namizəd kimi irəli sürərdilər”
20 Avqust 2013 16:17 Siyasət"Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləsələr daha yaxşı olardı". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Qırğızıstanda yaşayan soydaşımız, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov çıxış edib. Fond rəhbəri bildirib ki, müxalifət liderlərində vətənpərvərlik hissi olsa, onlar cənab İlham Əliyevi vahid namizəd kimi irəli sürərdilər: "İnanıram ki, o zaman müxalifətin xalq arasında olan reytinqi qalxardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00