Əli Hacı prezidentliyə namizəd oldu

“Yeni İslahatçılar” Təşəbbüs Qrupu sufi şairin sənədlərini MSK-ya təqdim edib

Prezidentliyə namizədlər sırasına daha bir namizəd qoşulub. Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin sədr müavini, Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Əli İsa Ağaevli 9 oktyabr Azərbaycan Respublikası Prezident Seçkilərində iştirak edəcək. Prezidentliyə namizədin sənədləri artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. "Yeni İslahatçılar" Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Əli İsa Ağaevli Əli Hacı imzası ilə məşhur sufi şairdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00